Rusiya sabah ilk məşqinə çıxır

XƏBƏR 23 Mart 2009 / 16:53 2134
-  A +

Azərbaycanla oyun öncəsi Rusiya milli komandasının ilk məşq saatı məlum olub. Quus Hiddinkin komandası sabah saat Bakı vaxtı ilə saat 18:00-da matçın oynanılacağı “Lujniki” stadionunda azarkeşlər və media üçün açıq məşq keçəcək. Qol.Az-ın Rusiya Futbol İttifaqına istinadən verdiyi məlumata görə, martın 25-də saat 12:00 və 18:00-ə təsadüf edəcək növbəti məşqlər də mətbuat və azarkeşlərin üzünə açıq olacaq. 27-i saat 16:30-a təyin olunan məşqin isə qapalı olacağı gözlənilir. Sabah saat 17:30-da isə Quus Hiddink Azərbaycan matçı öncəsi mətbuat konfransı keçirəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi