Ilqar Qurbanovun komandası heç-heçə oynadı

XƏBƏR 22 Mart 2009 / 20:40 2371
-  A +

Milli komandamızın üzvü İlqar Qurbanovun çıxış etdiyi "Boluspor" klubu bu gün Türkiyə çempionatının birinci liqasında növbəti oyununu keçirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfərdə "Qaziantep B.B."nin qonağı olan "Boluspor" meydandan 1 xalla ayrılıb. Qarşılaşma 0:0 hesabıyla başa çatıb. İlqar Qurbanov cəzalı olduğundan bu oyunda iştirak etməyib. Xallarının sayını 43-ə yüksəldən "Boluspor" turnir cədvəlindəki beşinci yerini qoruyub.    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi