XIX tura yekun vuruldu

XIX tura yekun vuruldu
ÖLKƏ FUTBOLU 22 Mart 2009 / 19:49 4502
-  A +

Bu gün saat 15:00-dan etibarən Qol.Az saytı Premyer-liqanın XIX turunun ikinci oyun gününün matçlarından canlı tekst-reportaj yayımladı.

22 mart
"Standard" - "Olimpik" 0:0
"Şəfa" stadionu
Hakimlər: Yusifov Fariz, Musayev Elman, Musayev Vaqif, Cabbarov Rauf

Oyun başa çatdı.
90.
Son dəqiqədə Leandro Qomeş əlverişli imkandan yararlana bilmədi.
83. "Standard"ın heyətində daha bir əvəzləmə oldu. Rikelmenin əvəzinə Fərid Quliyev oyuna daxil oldu.
79. Da Silvanın daha bir zərbəsi təhlükəli alındı.
72. Samir Musayevin zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.
64. "Olimpik"dən Roman Axalkatsi hesabı açmağa yaxın olsa da, gürcü futbolçunun zərbəsi qeyri-dəqiq oldu.
61. "Standard"ın heyətində oyunçu dəyişikliyi baş verdi. Dan Pislanın əvəzinə Arif Daşdəmirov oyuna daxil olur.  
58. "Standard"dan Da Silva yüz faizlik qol imkanını qaçırdı. Braziliyalı forvard qapıçıyla təkbətəkdən yararlana bilmədi.
54. "Olimpik"in heyətində ilk oyunçu dəyişikliyi baş verir. Bəşir Müqədini Samir Musayev əvəzləyir.
52. Aqil Nəbiyev ("Olimpik") sarı vərəqəylə cəzalanır.
50. "Olimpik"dən Junivan Suaresin zərbəsi təhlükəli alındı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40.
Bu dəqiqələrdə "Standard" üstünlüyü ələ alıb. Ruslan Əmircanovun uzaqdan zərbəsi qapıdan az fərqlə aralı keçdi.
35. Da Silva bu dəfə də "Olimpik"in qapısına dəqiq zərbə endirə bilmədi.  
30. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real qol epizodu yoxdur.
17.
"Olimpik"dən Nizami Hacıyevin daha bir zərbəsi yaddaqalan oldu. Meydanda çox gözəl oyun gedir. Komandalar hücuma hücumla cavab verir.  
13. "Standard" daha bir şansı qaçırdı. Da Silvanın baş zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiq oldu.
8. Dan Pislanın daha bir zərbəsi yaddaqalan oldu.
5. "Olimpik" də rəqibinə borclu qalmır. Nizami Hacıyevin zərbəsi qapı tirinə dəydi.
2. "Standard" tezliklə hesabı aça bilərdi. Lakin Dan Pisla qapıçı ilə təkbətəkdən məğlub ayrıldı.
Oyun başladı.


"Simurq" - "Qarabağ" 0:0
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Qədiyev Zöhrab, Ələkbərov Aydın, Abdullayev Munis, Həmzəyev Əfqan

Oyun başa çatdı.
85. "Simurq"dan Volkadzenin zərbəsi qeyri-dəqiq alındı. "Qarabağ" bütün komandayla arxaya çəkilib.
74. "Simurq" topa daha çox nəzarət etsə də, rəqib qapısı qarşısında real qol epizodu yaratmaqda çətinlik çəkir. 
65. "Simurq"un heyətində daha bir dəyişiklik. Mazyarı Volkadze əvəzlədi.
59. "Simurq"un heyətində oyunçu dəyişikliyi. Qriqol Dolidzeni Ramil Sayadov əvəzləyir.
53. "Simurq" ikinci hissəyə də fəal başlayıb. Elşən Məmmədovun zərbəsi qapıdan aralı keçdi. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. Mazyar qapıçıyla təkbətək çıxsa da, ukraynalı hücumçu Fərhad Vəliyevlə dueldən məğlub ayrılır. 
34. "Simurq"dan Mazyar daha bir qol şansını qaçırdı. 
29. "Simurq"dan Mixaylo Storastyak sarı vərəqəylə cəzalanır.
18. Meydan sahibləri rəqibi qapısına doğru sıxışdırıb. Lakin "Qarabağ"ın arxa xətti hələ ki, rəqibin hücumlarının qarşısını ala bilir.  
15. "Simurq" üstünlüyü ələ alıb. Mazyarın başla endirdiyi zərbə dirəyə dəydi.
9. Oyunun ilk dəqiqələrində mübarizə əsasən meydanın mərkəzində gedir.
Oyun başladı.



"Qəbələ" - "Karvan" 3:0
Qəbələ şəhər stadionu
Hakimlər: Məmmədov Elçin, Hüseynov Azad.Q, Əliyev Habil, Sultani İmanxan
Qollar: Fərzad Hatəmi (1), Tornike Aptsiauri (80), Kənan Kərimov (82)

Oyun başa çatdı.
82. QOL.
Kənan Kərimov üçüncü qolu vurdu. Hesab artıq 3:0 "Qəbələ"nin xeyrinədir.
80. QOL. Aptsiauri ikinci qolu "Karvan"ın qapısından keçirdi.  
68. "Karvan"ın baş məşqçisi Yunis Hüseynov məğlubiyyətdən qaçmaq üçün Anatoli Doroşu meydana buraxır. Lakin "Qəbələ"nin müdafiəsini yarmaq hələ ki, Doroşa da qismət olmur.
  
52.
İkinci hissəyə komandalar fəal başlayıblar. Bu dəqiqələrdə meydandan açıq oyun gedir.
 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40.
Meydan sahibləri daha bir qol vura bilərdilər. Lakin Hatəmi bu dəfə qeyri-dəqiqi oynadı.
25. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real təhlükəli epizod yoxdur.
12. Qoldan sonra "Qəbələ" hücumlarını davam etdirir. "Karvan"sa arxaya çəkilərək, müdafiə olunur.

1. QOL.
Meydan sahibləri ilk hücumdaca hesabı açdılar. Fərzad Hatəmi fərqləndi.
Oyun başladı.



21 mart
"Bakı" - "Bakılı" 3:1
T.Bəhramov adına Respublika Stadionu
Hakimlər: Haşımov Ceyhun, Vasilyev Roman, Fərzəliyev Mirzə, Əliyev Zöhrab
Qollar: Bəxtiyar Soltanov (3,15,31) - Siyavuş Quliyev (68)

Oyun başa çatdı.
89.
Saşa Yunusoğlunun başla zərbəsi qapı tirinə dəydi.
88. "Bakılı"nın qapıçısı Baçev və Ticaninin zərbələrini dəf etdi.
82. Vadim Boretsin uzaqdan zərbəsi təhlükəlıi alındı.
68. QOL. Siyavuş Quliyev hesab arasındakı fərqi 2-yə endirir.  
52.
"Bakı"nın heyətində daha bir oyunçu dəyişikliyi. Fernando Peresi Dejan Brankoviç əvəzləyir.
46. Komandalar ikinci hissəyə əvəzetməylə başlayırlar. "Bakı"da Amiran Mucirini Əhməd Ticani, "Bakılı"da isə Ramiz Ramazanovu Seymur Baydəmirov əvəzləyir. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42.
"Bakılı" hesab arasındakı fərqi azalda bilərdi. Lakin "Bakı"nın qapıçısı Marko Şarliya səhvsiz oynayır.
32. Mucirinin zərbəsi təhlükəli alındı.
31. QOL. Yenə də Bəxtiyar Soltanov fərqləndi. Qapı qarşısına ötürülən topu sinəsi ilə qəbul edən gənc hücumçu iki rəqib müdafiəçisini geridə qoyaraq özünün və komandasının üçüncü qoluna imza atır
21. Muciri hesab arasındakı fərqi artırmağa yaxın olsa da, "Bakılı"nın qapıçısı komandasını qoldan xilas edir.
15. QOL. Bəxtiyar Soltanov dublunu rəsmiləşdirdi.
3. QOL. "Bakı" erkən qol vurdu. Bəxtiyar Soltanov hesabı açdı. 
Oyun başladı.



"Xəzər-Lənkəran" - MOİK 2:0
Lənkəran şəhər stadionu,
Hakimlər: Məmmədov Rasim, Əsədov Ramiz, Mahmudov Mehman, Salmanov Anar
Qollar: Denis Silva (10), İvan Svetkov (50-p) 


78.
MOİK daha bir şansı boşa verdi. Bu dəfə də Fuad Əliyev qeyri-dəqiq oynadı.
66. İsmayıl Məmmədovun zərbəsi təhlükəli alındı.
58. MOİK-dən Samir Babayev fərqlənməyə yaxın olsa da, Dmitri Kramarenko səhvsiz oynadı.
50. QOL. İvan Svetkov penaltini dəqiq yerinə yetirməklə hesabı 2:0-a çatdırdı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
30.
MOİK əks hücumda rəqibi yaxalayır. Lakin Ravi Rəhmanovun zərbəsi qeyri-dəqiq alınır.

10. QOL.
Denis Silva hesabı açdı. "Xəzər-Lənkəran" 1:0 irəlidədir.
Oyun başladı.

"Muğan" - "Neftçi" 0:3
Salyan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Əhmədov Rövşən, Əmrahov Səbuhi, Məmmədov Rauf, Əliyev Əli
Qollar: Dmitri Kruqlov (5), Samir Əliyev (52), Adrian Neaqa (70) 

Oyun başa çatdı.
85.
Hesabda irəlidə olmasına baxmayaraq, "Neftçi" hücumlarını
davam etdirir.
70. QOL. Neaqa "Neftçi"nin üçüncü qolunu vurdu.
52. QOL. "Neftçi" ikinci hissəyə də qolla başladı. Bu dəfə Samir Əliyev fərqləndi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41.
Oyunun tempi bir qədər aşağı düşüb. Lakin üstünlük əvvəlki kimi "Neftçi"nin tərəfindədir.
29. Nyaqa hesab arasındakı fərqi artıra bilərdi. Lakin hücumçu Kruqlovun ötürməsini dəyərləndirə bilmədi.
20. Üstünlük tamamiylə "Neftçi"nin tərəfindədir. "Muğan" isə arxaya çəkilərək, bütün diqqətini müdafiəyə yönəldib.
12. "Neftçi" daha bir dəfə fərqlənə bilərdi. Lakin bu dəfə Kruqlovun zərbəsi qeyri-dəqiq alındı.
5. QOL. "Neftçi" ilk ciddi hücumda hesabı açdı. Dmitri Kruqlov fərqləndi
Oyun başladı.


"Turan" - "İnter" 0:1
Tovuz şəhər stadionu
Hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan, Nağıbəyov Eldar, Muradov Elnur
Qol: Danielo Assioli (77)


Oyun başa çatdı.
88.
"İnter" arxaya çəkilərək, hesabı qorumağa çalışır.
77. QOL. Assioli "İnter" üçün çox vacib olan qola imza atdı.
70. "İnter"dən Rubins boş qapını dəqiq nişan ala bilmədi.
60. "İnter"dən Tsetimianunun cərimə zərbəsi təhlükəli alındı.
50. Asəf Qədiri əlverişli şansdan yararlana bilmədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43.
İbokoyinin zərbəsi təhlükəli alındı. 
34. "İnter" oyunda ilk təhlükəli hücumunu qurdu. Xaqani Məmmədovun zərbəsi qapının yanından keçdi.
28. "Turan" hücumlarını davam etdirir. "İnter" isə arxaya çəkilərək, rəqibini əks hücumda yaxalamaq istəyir.
19. "İnter" oyunu bərabərləşdirə bilib.
8. Meydan sahibləri daha bir qol şansını qaçırdılar. Muammer Erdoğdunun baş zərbəsini "İnter"in qapıçısı son anda auta çıxardı.
4. "Turan" oyuna fəal başlayıb. Əfran İsmayılov iki "İnter"li futbolçunu aldadaraq, qapıya zərbə endirdi. Top qapıdan azca aralı keçdi.
Oyun başladı.




TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 19 15 2 2 43-7 47
2. "İnter" 19 14 4 1 35-10 46
3. "Xəzər-Lənkəran" 19 12 4 3 35-13 40
4. "Simurq" 19 11 5 3 26-14 38
5. "Olimpik" 19 9 6 4 22-12 33
6. "Qarabağ" 19 9 5 5 23-18 32
7. "Standard" 19 9 3 7 18-17 30
8. "Karvan" 19 8 2 9 20-20 26
9. "Neftçi" 19 6 6 7 19-14 24
10. "Qəbələ" 19 6 5 8 22-15 23
11."Muğan" 19 3 2 14 15-38 11
12. "Bakılı" 19 2 3 14 12-48 9
13. "Turan" 19 1 5 13 8-35 8
14. MOİK 19 1 2 16 9-43 5


 

Daha çox


Son xəbərlər