Bernhard Lippert: «Hollandlara oyunda deyil, hesabda uduzduq»

XƏBƏR 20 Mart 2009 / 15:16 2491
-  A +

«İlk növbədə onu qeyd etmək istəyirəm ki, komandamız öz oyunu ilə məni sözün yaxşı mənasında təəccübləndirdi». Bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin Hollandiyaya qarşı Avropa çempionatının seçmə mərhələsinin elit raundu çərçivəsində keçirilən oyununla (0:1) bağlı fikirlərini bildirəkən söyləyib. Qol.Az-ın məlumatına görə, baş məşqçi rəqibin güclü olmasına baxmayaraq, futbolçularımızın heç bir komponentdə hollandiyalı həmyaşıdlarından geri qalmadığını bildirib: «Təəssüf ki, birinci hissədə qapımızdan qol buraxdıq, həmçinin çoxsaylı qol imkanından səmərəli şəkildə istifadə edə bilmədik və bu səbəbdən, böyük məyusluq hissi keçirirəm. Birmənalı olaraq onu demək olar ki, rəqibimizə oyunda deyil, hesabda uduzduq. Futbolçularımızın nümayiş etdirdiyi gözəl oyuna rəğmən, tarixdə nəticə qalır. Nəticə isə bizim xeyrimizə deyil. Ən böyük problemimiz yaradılan imkanları qola çevirə bilməməyimizdir. Nəticə bizi kədərləndirsə də, azarkeşlər bu gün gözəl oyunun şahidi oldular. Sevinidirici məqam odur ki, oyundan sonra neytral tamaşaçılar Azərbaycan millisinin Hollandiya komandasından üstün oynadağını deyirdilər. Nəticədən yox, komandamızın oyunundan razı qaldım».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi