Almaniya milli komandasının heyəti açıqlandı

XƏBƏR 19 Mart 2009 / 17:43 2622
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlarda çıxış edəcək futbolçuların siyahısını açıqlayıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundestimin çalışdırıcısı martın 28-də Lixtenşteynə və aprelin 1-də Uelsə qarşı keçiriləcək oyunlara 23 futbolçunu dəvət edib. Löv Norveçə qarşı keçirilmiş son yoxlama oyunundan fərqli olaraq, bu dəfə qapıçı Roberts Enke, müdafiəçi Arne Fridrix, yarımmüdafiəçi Marsel Yansen və hücumçu Lukas Podolskinin xidmətindən istifadə etmək qərarına gəlib.
Almaniya milli komandasının tam heyəti isə aşağıdakı kimidir:  

Qapıçılar: Adler (“Bayer”), Vize (“Verder”), Enke (“Hannover”)
Müdafiəçilər: Bek (“Hoffenhaym”), Fridrix (“Herta”), Hinkel (“Seltik”), Lam (“Bavariya”), Mertesaker (“Verder”), Şafer (“Volfsburq”), Taski (“Ştudqart”), Vestermann (“Şalke”)
Yarımmüdafiəçilər: Ballak (“Çelsi”), Frinqs (“Verder”), Hitsşpelger (“Ştudqart”), Yansen (“Hamburq”), Marin (“Borusiya”, M), Rolfes (“Bayer”), Şvaynştayger (“Bavariya”), Troxovski (“Hamburq”)
Hücumçular: Qomes (“Ştudqart”), Helmes, Kisslinq (hər ikisi “Bayer”)


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi