Ramin Musayev: “Birinci divizion klubları sponsor tapsalar, onları elitaya buraxarıq”

ÖLKƏ FUTBOLU 16 Mart 2009 / 18:47 3043
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev premyer-liqanın reqlamentinin dəyişdirilməsi, birinci divizion klublarının gələn mövsüm elitaya buraxılmamasına qarşı etirazlarla bağlı Qol.Az-a müsahibə verib


- Mən bilmirəm kim buna etiraz edir. Hazırda birinci divizionun lideri “Şahdağ”dığ. Onların prezidenti ilə şəxsən özüm danışmışam və mənə deyib ki Ramin müəllim, hazırkı durumumuz elitada oynamağa imkan vermir. Stadionumuz yoxdur. Hətta dedim ki, danışım, gedin, Qubada oynayın. Buna da razılaşmadılar. İkinci pillədə qərarlaşan “Anşad-Petrol” da eyni vəziyyətdədir. “ABN-Bərdə” və “Energetik”in də maddi vəziyyəti yaxşı deyil. Belə olan halda onlar elitada necə oynaya bilərlər? Yadınızda deyil “ABN-Bərdə” başımıza nə oyun açdı?
- Bu qərar nə dərəcədə qanunauyğundur?
- Biz də qanuni yolla gedirik. Heç bir qanunsuz iş tutmuruq.
- Elə isə ilk iki yeri tutan komanda oynamırsa, sonrakı pilləni tutan komandalara müraciət olunmalıdır. Hər halda qanun bunu göstərir.
- 1-2 yeri tutan komandanın pulu olmayandan sonra 5-6 pilləni tutan komandanın haradan pulu olacaq?
- Kiminsə maddi durumunun zəif olması çempionatın reqlamentinin dəyişdirilməsinə nə dərəcədə əsas verir? Hələ çempionatın başa çatmasına iki ay var. Bəlkə bu müddətdə kimsə özünə sponsor tapdı.
- Onlar sponsor tapsınlar, biz elitaya buraxarıq.
- 6-cı pillədə qərarlaşan “Qafqaz Universiteti” növbəti mövsümə çox iddialı hazırlaşır və birinci divizionun iddialı komandaları elitaya vəsiqədən imtina edəcəkləri tədqirdə onları əvəz etməyə hazır olduqlarını deyir?
- Onların pulu var elitada oynamağa?
- Belə şans yaranacağı halda kluba yaxşı maliyyə vəsaitinin ayrılacağını deyirlər. Yəni belə bir şəxs var.
- Məndə bu barədə məlumat yoxdur.
- Hazırda Azərbaycan premyer-liqası Bakı çempionatına oxşayır. Buna münasibətiniz?
- Razıyam. Elə isə mən “Turan”a yardım etmək istəyəndə, onların elitada qalmasına tərəfdar olduğumu deyəndə, niyə mətbuat dərhal car çəkir ki, Ramin Musayev “Turan”a kömək edir? Axı, «Turan» Qərb zonasının çempionatda yeganə təmsilçisidir. Başa düşün, mən də premyer-liqada Bakının bu qədər komandasının olmasını, bölgələrin futbolsuz qalmasını istəmirəm. Tərəfdarıyam ki, ilk növbədə elitada Qazax oynasın, Şəmkir oynasın, Gəncə oynasın.
- Sonda qayıdaq mövzumuza. Belə başa düşdük ki, əgər hazırda birinci divizionda mübarizə aparan komandalar güclü sponsor taparlarsa o zaman elitaya buraxılmaları mümkündür?
- Bəli.
- Bəs yeni qayda qəbul olundu axı.
- Eybi yox. Biz yenidən onun dəyişdirilməsi ilə bağlı İcariyyə Komitəsinə müraciət edərik.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi