Rəşad Sadiqov: “Hakim bizə oynamağa imkan vermədi”

XƏBƏR 15 Mart 2009 / 16:32 2581
-  A +

“Bugünkü hakimlikdən çox narazı qaldım. Hakim bizə oynamağa imkan vermirdi”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın üzvü Rəşad Sadiqov deyib. “Qarabağ”ın futbolçusu bir neçə dəqiqə bundan əvvəl başa çatan “Qəbələ”ylə oyunda hakimlərin onlara oynamağa imkan vermədiyini söyləyib: “Başa düşə bilmədim ki, hakim bu gün nə etmək istəyirdi. Söhbət konkret olaraq, hansısa epizoddan yox, bütün oyundan gedir. O, bu gün sanki bizə qarşı mübarizə apardı. Belə edirlər ki, sonra da cəzalanırlar. Rəqibə gəldikdə isə, onlar bu gün meydana 1 xal üçün çıxmışdılar. Onu da qazandılar”.  
Xatırladaq ki, bu oyunun baş hakimi Rövşən Əhmədov olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi