Məşhur iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov yenə də Türkiyə mətbuatının gündəmindədir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mənsimov İstanbulda 7 ulduzlu otel tikdirməklə ilkə imza atıb. “The Edition Hotel İstanbul” adlanacaq otelin Türkiyədə tayı-bərabəri olmayacaq. Mənsimov “The Edition Hotel İstanbul”un inşasına 100 milyon avro xərcləyəcək. İstanbulun mərkəzi küçələrindən birində yerləşən mehmanxananın açılışı dekabrın 15-də baş tutacaq. M.Mənsimov bu barədə deyib: “İstanbula ilk dəfə olaraq 7 ulduzlu otel bəxş edəcəyimizə görə çox sevinirik. 2010-cu ildə İstanbul Avropa Mədəniyyətinin paytaxtı elan olunub. Bu səbəbdən də İstanbula təşrif buyuracaq qonaqlara ən yaxşı xidməti göstərəcəyik. “The Edition Hotel İstanbul”da 80 otaq qonaqlar üçün ayrılıb. Bundan başqa dünyanın ən yaxşı mətbəxlərinin yer alacağı restoran, həmçinin bir neçə gecə klubu da qonaqların ixtiyarında olacaq”.
Həmyerlimiz həmçinin Bakıda da yeni otel inşa etdirəcəyini bildirib: “İstanbuldan başqa, Bakı və Bodrumda da ümumi həcmi 400 milyon dollarlıq otellər inşa etdirməyi planlaşdırırıq. Bu yay mövsümündə Bodrumun Yalıkavak qəsəbəsində “Pal Beach” adını verdiyimiz otel açılacaq. Ayrıca Azərbaycanın paytaxtı Bakıda da bir yüksək səviyyəli otel açmaq üzrə çalışmalarımız davam edir. “Pal İnşaat” tərəfindan inşa olunan bu otellərə ümumilikdə 400 milyon dollarlıq investisiya yatırırıq”.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı