Georgi Nikolov: “Makovskinin üzünü də görməmişəm”

XƏBƏR 9 Mart 2009 / 15:38 2568
-  A +

“Məhkəmə prosesi hələ davam edir. Ona görə də Makovskinin məsələsiylə bağlı hələ açıqlama verə bilmərəm”. Bu sözləri Qol.Az-ın müxbiriylə söhbətində “İnter”in keçmiş futbolçusu Mixail Makovskinin komandanı məhkəməyə verməsiylə bağlı məsələyə münasibət bildirən klubun prezidenti Georgi Nikolov deyib. Nikolov Makovskiylə ümumiyyətlə, üzbəüz söhbət etmədiyini bildirib: “Makovski klubu tərk edən zaman mən “İnter”ə təzə gəlmişdim. Onun heç üzünü də görməmişəm. Bununla belə Makovskinin “İnter”i məhkəməyə verməsindən xəbərim var. Lakin bu proses hələ davam edir. Ona görə də bu barədə indi konkret söz deyə bilmərəm. Qoy, məhkəmə prosesi yekunlaşsın, sonra ətraflı bu barədə danışarıq”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi