Qurban Qurbanov: “Səhvlərimizin ucbatından məğlub olduq”

XƏBƏR 7 Mart 2009 / 19:20 2457
-  A +

“Standard”la oyundan sonra uşaqlarda bir qədər ruh düşkünlüyü yaranmışdı. Bu da bugünkü oyunda öz təsirini göstərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis məğlubiyyətdə buraxdıqları səhvlerin rol oynadağını bildirib: “Oyunumuz çox pis alındı. Oyun ərzində futbolçularım çox kobud səhvlərə yol verdilər. Birinci dövrədəki oyunda olduğu kimi. Məhz bu səbəbdən də məğlub olduq. İndi artıq diqqətimizi “Neftçi”ylə oyuna yönəldəcəyik. Çalışacağıq ki, buraxdığımız səhvləri bir də təkrarlamayaq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi