«Qarabağ»dan Zaur Tağızadə açıqlaması

«Qarabağ»dan Zaur Tağızadə açıqlaması
ÖLKƏ FUTBOLU 25 May 2011 / 21:16 3599
-  A +

Azərbaycanın futbolunun ulduzlarından hesab olunan Zaur Tağızadə karyerasını Ağdamın «Qarabağ» klubunda davam etdirəcək.

Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumatı təsdiqləyib.

O, Z.Tağızadənin «Neftçi»ylə müqaviləsi olduğunu, bu məsələni yoluna qoyduqdan sonra «Qarabağ»la rəsmən fəaliyyətə başlayacağını söyləyib.

Z.Tağızadə «Qarabağ»da seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.

Müqavilənin müddətinə gəlincə, Əmrah Çəlikəl Zaur Tağızadənin «Qarabağ»a Qurban Qurbanovun istəyilə gətirildiyini deyib: «Nə qədər ki, Qurban Qurbanov «Qarabağ»dadır, Zaur da onun köməkçisi olacaq».

 

Daha çox


Son xəbərlər