Berti Foqts «Qarabağ»ı bərbad stadionda məşqə məcbur etdi

Berti Foqts «Qarabağ»ı bərbad stadionda məşqə məcbur etdi
ÖLKƏ FUTBOLU 15 Dekabr 2010 / 15:41 2315
-  A +

Milli komandanın təlim-məşq toplanışı ilə əlaqədər «Qarabağ» klubu Suraxanı qəsəbəsi stadionunda hazırlıq keçməkdən məhrum olub. Qol.Az-ın əldə etdiyi məlumata görə, artıq üç gündür ki, baş məşqçi Qurban Qurbanov hazırlıq prosesini meydançası bərbad vəziyyətdə olan Zabrat qəsəbəsi stadionunda keçmək məcburiyyətində qalıb. «Qarabağ» yalnız sabahdan etibarən məşqlərini Suraxanı stadionunda bərpa edəcək.
Yeri gəlmişkən, millinin bundan əvvəlki məşqi məhz Zabrat stadionunda olmuşdu. Hazırlıq prosesindən sonra Berti Foqts meydançanın durumunun çox pis olduğu söyləmişdi. O, milli komandanın bu cür meydanda məşq keçməsinin yolverilməz olduğunu da demişdi.
Əvəzində Foqts «Qarabağ» rəhbərliyinin Suraxanı stadionunun meydançasının ideal vəziyyətə gətirdiyindən xəbər tuturaq hələ Almaniyada olarkən məşqi məhz bu arenada keçirmək istədiyini açıqlamışdı. «Qarabağ» klubu isə millinin mənafeyi naminə Suraxanı stadionunun Foqtsun ixtiyarına verdi.
Əvəzində Premyer Liqada mühüm oyunlar ərəfəsində olan «Qarabağ» məşqlərini Foqtsun da bərbad adlandırdığı Zabrat qəsəbəsində keçir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi