Azərbaycan futbolunun dayaqlarından hesab olunan «Turan» klubu tarixinin ən ağır dövrünü yaşayır. Maddi sıxıntıdan qurtula bilməyən «Turan» dağılmaq təhlükəsiylə üzləşib. Futbolçularına maaş verməkdə problemlərlə üzləşən klubu demək olar ki, bütün gəlmə oyunçular tərk edib. MOİK, «Bakılı» və «Muğan»la bir yerdə güclülər dəstəsini tərk etməyə əsas namizədlərdən sayılan kluba son anda əslən Tovuzdan olan futbolçular komək etmək qərarına gəlib. «Turan»ı birinci dəstəyə düşməkdən xilas etmək üçün Tovuza qayıdan oyunçulardan Nadir Nəbiyev və Vüsal Qarayev birinci dövrədə qol vurmaqda çətinlik çəkən komandanın bu problemini həll etmək qabiliyyətindədirlər. Milli komandamızın və «Neftçi»nin keçmiş oyunçusu Ruslan Abbasovsa şübhəsiz müdafiənin liderinə çevriləcək. Yarımmüdafiə xətti isə milli komandamızın keçmiş üzvü Vüsal Hüseynovla güclənəcək. Komandanın birinci dövrədəki kapitanı, olimpiya millimizin üzvü Vurğun Hüseynovu MOİK heyətinə qatmaq istəsə də, tovuzlular onu da ən azı mövsümün sonunacan düşərgələrində saxlaya bilib. Komandanın əsəs itkisi kimi isə MOİK-ə keçən universal futbolçu Cavid Abbasovu göstərmək olar. Amma gənc futbolçunun əvəzində MOİK-dən alınan Mustafa Əsədovun təcrübəsi kluba xeyir verə bilər. Son günlər gəzən söhbətlərə gorə, «Bakı»nın əsas heyətinə düşməkdə çətinlik çəkən və sıralarında Ramazan Abbasov, Elnur Abdullayev kimi adların olduğu bir neçə futbolçunun da mövsümün sonunacan «Turan»a icarəyə veriləcəyi gözlənilir.
Bir vaxtlar Gəncə və Sumqayıtla bir yerdə Azərbaycan futbolunun üç əsas futbolçu yetişdirən şəhərlərindən sonuncusunun da futbolsuz qalmayacağına inanmaq istəyirik. Futbolumuzun əsas ümidlərindən biri Elvin Məmmədov kimi istedad Tovuz futbolunun ən çətin günlərində yetişibsə, Rəşad Sadıqovla Romal Hüseynov «Turan»da tanınıbsa, nəyə görə Azərbaycan futboluna heç bir xeyir verməyən, lazımsız legionerlərə milyonlarla avro xərcləyən «İnter» kimi klublar yaşamalı, «Turan» və «Turan»ın timsalında futbolumuzun beşiklərindən olan Tovuz, Gəncə, Sumqayıt, Mingəçevir futbolu məhv olmalıdır? Axı, niyə Nadir Nəbiyev, Ruslan Abbasov kimi futbolçular sadəcə mənəvi keyfiyyətlərə gorə havayı futbol oynamalı, çimərliklərdən, həvəskar liqalardan gələn dırnaqarası əcnəbi futbolçulara isə dünyanın heç bir yerində heç bir vaxt verilməyən pullar küllənməlidir?
Bu, Azərbaycan futbolunun inkişaf perspektivləri haqda bir daha düşünmək və bədbinliyə qapılmaq üçün daha bir ağrılı mövzudur…
KAMAL
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı