Zaur Tağızadə "Neftçi"nin məşqçisi təyin olundu

Zaur Tağızadə "Neftçi"nin məşqçisi təyin olundu
XƏBƏR 7 Oktyabr 2010 / 17:00 3696
-  A +

Futbolçu karyerasını yenicə bitirmiş Zaur Tağızadə "Neftçi" PFK-nın əvəzedici heyətinin məşqçisi vəzifəsinə təyin olunub. Qol.Az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, klubun bazasında "Neftçi" PFK-nın rəhbərliyinin və məşqçilər korpusunun iştirak etdiyi mərasimdə yeni məşqçini təqdim edən klub prezidenti Sadıq Sadıqov Zaur Tağızadənin müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən güclü oyunçulardan biri olduğunu bildirib: "Zaurun xüsusi təqdimata ehtiyacı yoxdur. O, Azərbaycan futbolunda "Qızıl oğlan" kimi ad qazanıb. Onun "Neftçi"nin uğurlarında əməyi böyükdür. Tağızadəni diqqətimizdən kənarda saxlaya bilməzdik. Özünün də istəyi ilə ona "Neftçi"nin əvəzedici heyətinin məşqçisi vəzifəsini etibar etdik. İnanıram ki, Zaurun məşqçiliyi də futbolçu karyerası kimi parlaq olacaq".
Yeni məşqçi klub prezidentinə ona göstərilən etimada görə təşəkkürünü bildirib: "Futboldan, xüsusilə də "Neftçi"dən ayrı qalmaq mənə çətin idi. Artıq məşqçi kimi doğma komandama kömək etmək qərarına gəldim. Sağ olsun Sadıq müəllim, təklifimi dərhal qəbul elədi. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
Tədbirdə həmçinin Zaur Tağızadə üçün vida görüşünün keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. Bu görüşün yüksək səviyyədə təşkil olunması üçün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, ötən mövsümədək "Neftçi"nin şərəfini qoruyan Tağızadə əvəzedici heyətin bundan sonrakı oyunlarına hazırlaşmasında baş məşqçi İqor Getmana kömək edəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi