“Real” Mourinyonun Portuqaliya millisinı çalışdırmasına razılıq verdi

“Real” Mourinyonun Portuqaliya millisinı çalışdırmasına razılıq verdi
XƏBƏR 17 Sentyabr 2010 / 15:26 1820
-  A +

İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyonun Portuqaliya milli komandasına rəhbərlik etməsində problem yaranmayacaq. Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisin həmyerlilərinə kömək etməsinə mane olmaq fikrində deyil.
İspaniyaya səfərini başa vuran Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Madail “Real”la razılıq əldə olunduğunu açıqlayıb: “Klubda bizim xahişimizə anlayışla yanaşdılar. Onlar bizi inandırdılar ki, Mourinyonun yığmaya rəhbərlik etməsinə əngəl yaratmayacaqlar. İndi son sözü mütəxəssisin özü deməlidir. Lakin başı “Real”ın işlərinə qarışan Mourinyo hələ ki, tərəddüd edir”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi