Serbiya millisində baş məşqçi dəyişikliyi gerçəkləşdi

Serbiya millisində baş məşqçi dəyişikliyi gerçəkləşdi
XƏBƏR 16 Sentyabr 2010 / 12:51 1784
-  A +

Serbiya millisində baş məşqçi dəyişikliyi edilib. Qol.Az-ın məlumatına görə, uzun müddət serblərin sükanı arxasında çalışan Radomir Antiçin istefasından sonra, onu bu postda Vladimir Petroviç əvəzləyib.
Qeyd edək ki, bu dəyişikliyə səbəb serblərin AÇ-2012-nin seçmə mərhələsinə uğursuz başlaması olub. Serbiya Futbol Federasiyasından verilən açıqlamada bildirilir ki, artıq Antiçin Petroviçlə əvəzləndiyi rəsmi təsdiqini tapıb. Federasiya prezidenti Tomislav Karadziç məsələylə bağlı açıqlamasında bunları söyləyib: "Petroviç bizim bu vəzifəyə gətirə biləcəyimiz tək isim idi. Ümid edirəm ki, rəhbərliyi altında çox yaxşı bir komanda yarada biləcək”.
Qeyd edək ki, 55 yaşlı Petroviç 2004-cü ildə Serbiyanın gənclərdən ibarət komandasıyla Avropa çempionatının finalına çıxmağı bacarmışdı.
Antiçin rəhbərlik etdiyi əsas milli isə cari seçmə tisklə Farer adaları üzərindəki qələbəylə başlasa da, Sloveniya ilə öz meydanında 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi