Sadıq Sadıqov: "Bizim hədəfimiz çempionluqdur"

Sadıq Sadıqov: "Bizim hədəfimiz çempionluqdur"
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2010 / 13:06 2197
-  A +

«Təbii ki, bizim bir klub olaraq hədəfimiz bu il Azərbaycan çempionluğunu qazanmaqdır». Bu sözləri Qol.Az saytının oxucularının suallarını cavablandırarkən «Neftçi»nin prezidenti Sadıq Sadıqov deyib. O, komandasının bu mövsüm Premyer Liqaya uğurlu başladıqlarını söyləyib: «Bəli, məqsədimiz çempion olmaqdır. Amma bizi hələ uzun bir marafon gözləyir»
S.Sadıqov avrokuboklara vəsiqə qazanacaqları halda ən azı «Qarabağ»ın builki uğurlarını təkrarlamağa çalışacaqlarını bildirib.
Oxuculardan birinin «Çempion olsanız, «Birlik kuboku»nda iştirak edəcəksinizmi» sualına S.Sadıqov belə cavab verib. «Əvvəllər «Birlik kuboku»nun səviyyəsi yüksək idi və orada iştirak edirdik. İndi həmin yarışın səviyyəsi bir qədər aşağı düşüb. Bu turnirə Ukrayna, Rusiya kimi ölkələrin komandaları ikinci-üçüncü heyətləri ilə qatılır. Biz də özümüzə hörmət edən komanda kimi belə bir yarışda iştirakı artıq «Neftçi»nin adına yaraşdırmırıq. Buna görə də çempion olsaq, «Birlik kuboku»na qatılmayacağıq».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi