“Neftçi” Araz Abdullayevin transferi üçün “Everton”a vaxt verdi

“Neftçi” Araz Abdullayevin transferi üçün “Everton”a vaxt verdi
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2010 / 12:11 2557
-  A +

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” klubunun nümayəndələrinin millimizin üzvü Araz Abdullayevin transferi ilə bağlı Bakıya gəlişi hələ də yubanır. İngilislər bununla bağlı öz şərtlərini Arazın məxsus olduğu “Neftçi”yə göndərsələr də, onların qoyduqları şərtlər paytaxt klubunun rəhbərliyini qane etməyib. Bu haqda Qol.Az-a “Neftçi”nin prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, məhz bu üzdən onlar da qarşı tərəfə öz şərtlərini təqdim etməyi lazım biliblər və “Everton” rəhbərliyinə vaxt veriblər: “Onların göndərdikləri şərtlər bizi heç də qane etmirdi. Buna görə, biz də öz şərtlərimizi yazıb göndərməli olduq. Həm də bu ayın sonuna kimi dəqiq bir cavab vermələri üçün vaxt qoyduq”.

Daha çox


Son xəbərlər