"Legiya" üçün yaxşı püşk olmadı. Düşünürəm ki, nə "Legiya", nə də "Qarabağ" püşkdən razıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər. Mən də belə bir püşkün olmasını istəməzdim. Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Super Express" nəşrinə müsahibəsində Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Ağdam klubu pley-offda “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Hazırda Polşanın "Visla" klubunda çıxış edən Jezniçak "Qarabağ" "Legiya" qarşılaşacağı təqdirdə, şansların bərabər olacağını söyləyib: "Matç əgər Bakıda keçirilsəydi, 70 faiz "Qarabağ"ın şansı olardı, Varşavadadırsa şanslar bərabərdir.Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir".
33 yaşlı oyunçu 2017-2019-cu illərdə çıxış etdiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib: "Mən oynadığım vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamışdıq. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu.İndi isə 3-cü mərhələdə mübarizəni dayandırdılar."Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur - red) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada əvvəlki komanda daha güclü idi".
Polşalı müdafiəçi "Qarabağ"da əsas hansı futbolçulara diqqət yetirmək lazım olduğu ilə bağlı sualı belə cavab verib: "Birinci sırada heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Donald Geryedir. 1 il öncə "Legiya"dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu "Şerif"lə oyunda da gördük. Həmçinin fransalı yarımmüdafiəçi Abdullah Zubir də təhlükəlidir. Yadımdadır, "Arsenal"la Çempionlar Liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Emrelini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq 2 dəfə çempionatın bombardiri olub".
Azərbaycan çempionunun qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan futbolçu qolkiperin boyunun qısa olduğunu deyib: "Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır".
Jeçnizak bildirib ki, "Legiya" "Qarabağ"a rəqib olsa, kimin favorit olduğunu söyləmək çətin olacaq: "Kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdır. Mənim üçün oyun gününə qədər şanslar bərabərdir. Təəssüf ki, bu duel qrup mərhələsində keçirilməyəcək. O zaman matçı daha rahat izləyərdim".
Qeyd edək ki, Jezniçak 2004-2017-ci illərdə "Legiya"da, 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”