Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama

Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama
XƏBƏR 10 Sentyabr 2020 / 15:05 4430
-  A +

“Barselona”nın futbolçusu Antuan Qrizmann komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu  Kataloniya klubundan getməyəcəyini və komandada xoşbəxt olduğunu deyib:

“Gələcəyim “Barselona”dadırmı? Bəli. Mənim barəmdə həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Bunu anlamıram. “Barselona”da çox xoşbəxtəm. Klubun və baş məşqçinin mənə güvəndiyini bilirəm. Hamımız üçün çox qarışıq bir mövsüm keçdi. Amma yeni mövsüm başlayır”.

Qeyd edək ki, fransalı oyunçu La Liqa təmsilçisinə ötən il “Atletiko”dan keçib. Onunla “Çelsi” və “Nyukasl” yaxından maraqlanırdı.

Son xəbərlər
14.05.24  11:28

Qrizmann 1-ci oldu

14.05.24  09:28

"Bavariya"ya "yox" dedi