"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib.
Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov açıqlamasında UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib.
Onun sözlərinə görə, Norveç hökumətinin addımı ədalətsizdir: "UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Bunu ədalətsizlik hesab edirik. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir".
A.Əsgərov bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb: "Normalda qurum bizim arqumentlərimizə indiyədək cavab verə bilmir, haqlı olduğumuzu deyirlər. Sadəcə, məqsəd futbolun olmasıdır. Bunu əngəlləyəcək hansısa səbəb varsa, UEFA buna uyğun qərar verməlidir. Bilirsiniz ki, Norveç klubu Bakıdan qayıtdıqdan sonra 10 gün karantində qalmalı idi".
"Qarabağ" rəsmisi oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini də izah edib: "Vaxt çox azdır. Kiprə hamımız komanda ilə birlikdə gedəcəyik. Təşkilati məsələlər nominal meydan sahibi kimi bizə aid olacaq. Burada viza məsələsi də rol oynadı. Digər 3 ölkəyə Şengen vizası lazım olacaqdı. Bunu isə 2-3 gün ərzində etmək mümkün deyildi. Kipr hökumətinin yalnız komandanın üzvlərinə hava limanında viza təşkil etməsi üçün danışıq aparırıq".
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (Report).
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu