UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Mölde” ilə əlaqədar Norveç hökumətinə müraciət edib.
Bu haqda Qol.az-a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. O qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından və “Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.
Qeyd edək ki, “Mölde” Bakıda keçirilməli olan “Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. “Qarabağ” hesab edir ki, “Mölde”nin bu addımı doğru deyil və püşkdə nəzərdə tutulduğu kimi, oyun Bakıda olmalıdır.
“UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra “Mölde”nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya “yox” deməməlidir. Hər halda, biz “Mölde”yə xüsusi icazə verilməsini gözləyirik” – deyə A.Əsgərov bildirib.
Məsələ ilə bağlı bu gün Norveç hökumətinin mövqeyinin bilinəcəyi bildirilir.
Xatırladaq ki, “Qarabağ” – “Mölde” görüşü sentyabrın 16-da keçirilməlidir.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı