"Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm".
Qol.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburqla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, futbolsuz qalanda darıxır: "Bu, mənim üçün yeni çağırışdır. Dekabrda A Seriyasından təklif almışdım. Qəbul etmədim. Azərbaycanın təklifi daha maraqlı gəldi. Burada uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, tezliklə bu qəribə vəziyyət başa çatacaq və öz işimizi rahat görə biləcəyik. Deyə bilmərəm ki, çox işləmişik. Bütün yığmalar kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlər gündə 18 saat işləmişik ki, mentalitetə, oyunçulara yaxından bələd olaq. 9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar".
63 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan qrupda reytinqə görə 4-cü komandadır: "Lüksemburq son illərdə çox inkişaf edib. Cənubi amerikalı oyunçuları milliləşdiriblər. Amma bizim də güclü futbolçularımız var".
Canni De Byazi komandanın heyəti ilə bağlı da danışıb: "Azərbaycana yeni gəlmişəm. İki aydan çoxdur Azərbaycanlı futbolçuları analiz edirik. Mənə kimin oynayıb-oynamaması vacib deyil. İlk növbədə onların istəyini bilmək fikrində idim".
Baş məşqçi Elvin Bədəlovu "Sumqayıt" - "Keşlə" matçında bəyəndiyi üçün milliyə cəlb etdiyini vurğulayıb: "Bura gəlməmişdən Azərbaycanın bütün oyunlarına baxmışam. Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə. Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm. Həyatda uğur qazanmağın əsas yolu budur".
Mütəxəssis futbolçuların 5 gündə iki oyun keçirməsinə də toxunub: "UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsinlər (gülür). Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əsas problem fiziki hazırlıq yox, mentalitetdir. Bütün dünya bu formatla oynayır. Mentaliteti dəyişə bilsək, yaxşı olacaq. Sabah qələbə qazana bilsək, ikinci oyuna daha rahat hazırlaşacağıq".
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq (Report).
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında