"Barselona" rəhbərliyi futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.
Qol.az "AS"a istinadən xəbər verir ki, buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir. Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.
Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq.
Xatırladaq ki, futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev
"Sumqayıt" və “Turan Tovuz”dan qələbə
“İnter” səfərdə minimal hesablı qələbə qazandı