Kamran Ağayevin transferi açıqlandı - Rəsmi

Kamran Ağayevin transferi açıqlandı -  Rəsmi
ÖLKƏ FUTBOLU 25 Avqust 2020 / 19:20 5521
-  A +

Millimizin sabiq üzvü Kamran Ağayevin “Səbail”ə keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bununla bağlı klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Təcrübəli qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 34 yaşlı qolkiper "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "Keşlə” klublarında çıxış edib. O, bir ildən artıqdır ki, klubsuz idi.

Daha çox


Son xəbərlər