"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir oyundan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçda futbolçuların nə lazımdırsa edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: "Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq. Amma buna fikir vermirik. Çətin oyun olacaq. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq".
Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun faydalı iş əmsalı meydanda çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır".
Qurbanov ötən mövsümün sonu karyerasını başa vuran Rəşad Sadıqovla yeni müdafiəçi Kevin Medinanı müqayisə edib: "Rəşadın meydanda yoxluğunu tək "Qarabağ" deyil, Azərbaycan futbolu hiss edir. İstərdik ki, onun kimi lider komandamızda olsun. Bunu hamı arzulayır. Dünya praktikasında da belə bir şey var. Onun meydanda olması böyük bir kömək idi. Yoxluğunu hiss edirik. Medina ilə Rəşad fərqli oyunçulardır. Hərəsinin öz üslubu var. Amma Kevindən də başqa cür faydalanırıq. Tam uyğunlaşmayıb, lakin komandaya güc qatır".
Mütəxəssis Mahir Emrelidən tam razı olduğunu söyləyib: "Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur. Ndlovu da yeni gələndə tənqid olunurdu, amma sonradan faydası dəydi. Mahir əvvəl gənc idi, təcrübəsi çatmırdı. İndi ondan daha çox şey gözləyirik. Amma bir mövqedə 2-3 futbolçu olarsa, daha yaxşı olar. Musa Qurbanlı barədə fikir bildirməsəm, daha yaxşı olar. Bu barədə danışmaq tezdir. Qapıda ya Emil, ya da Şahruddin olacaq".
Baş məşqçi yeni transferlə bağlı işlərin müsbətə doğru getdiyini sözlərinə əlavə edib: "Bu oyuna çatmayacaq, amma növbəti matçda heyətimizdə ola bilər. Yeni transferimiz yarımmüdafiə mövqeyində çıxış edir".
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq (Report).
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi