Barış millimizə çağırıldı

Barış millimizə çağırıldı
XƏBƏR 25 Avqust 2020 / 10:48 3931
-  A +

Almaniyanın ikinci Bundesliqasında çıxış edən "Bohum"un futbolçusu Barış Ekincier Azərbaycanın U-21 millisinə dəvət alıb.

Qol.az "Reviersport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə matç üçün U-21 yığmamıza çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 7-da Sumqayıtdakı "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.


Son xəbərlər