"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibini “Azersun Arena”da qəbul edə bilər.
Qol.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"inə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında bildirib.
48 yaşlı mütəxəssis deyib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunu nəzərə alaraq, "Sileks"lə qarşılaşmadan öncə də UEFA-ya müvafiq xahişlə müraciət etsələr də, istəkləri qəbul olunmayıb: "İcazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra Respublika stadionunun ot örtüyü düzələcək. Amma yenə də biz müraciət etməyi götür-qoy edirik".
Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 25-26 avqustda keçiriləcək.
"Bavariya"dan PSV-yə
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video