Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" hücum xəttini
gücləndirməyi planlaşdırır.
Qol.az xəbər verir ki, Ağdam klubu
"Srvena Zvezda"nın futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir. Bu barədə
Serbiyanın "B92" nəşri məlumat yayıb. 26 yaşlı hücumçunun da "Qarabağ"a keçməyə
müsbət yanaşdığı bildirilib. Qeyd edilib ki, “Qarabağ” serbiyalı forvardın
maliyyə şərtlərini qəbul etsə, transfer həll olunacaq.
2017-ci ildən
"Srvena Zvezda"da çıxış edən Milan Pavkov 2018/2019 mövsümündə Çempionlar
Liqasının qrup mərhələsində oynayıb və "Liverpul"la oyunda dubl
edib. O, Serbiya Superliqasının son mövsümündə isə 20 oyuna 7 qol vurub, 3
qol ötürməsi edib.