Ardıcıl 3-ci, ümumilikdə 6-cı çempionluq

Ardıcıl 3-ci, ümumilikdə 6-cı çempionluq
XƏBƏR 4 Avqust 2020 / 10:37 2725
-  A +

Rumıniya Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, "Kluj"dur. Komanda çempionluq qrupundakı son matçda ən yaxın izləyicisi "Krayova"nın qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Bununla da, "Kluj" ardıcıl 3-cü dəfə, ümumilikdə isə 6-cı dəfə ölkə çempionu olub.

Qeyd edək ki, komanda ÇL-in 1-ci təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq. Azərbaycan təmsilçisi "Qarabağ" da səpələnmişlər səbətindədir.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu