Karanka İngiltərə klubunda

Karanka İngiltərə klubunda
XƏBƏR 1 Avqust 2020 / 01:20 3645
-  A +

"Real"ın sabiq məşqçisi Aytor Karankanın yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərənin "Birminhem" klubunu çalışdıracaq. Bu barədə Çempionşip təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, bu vəzifədə həmyerlisi  Pep Kloteti əvəzləyib.

Qeyd edək ki, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olan 46 yaşlı məşqçi, bundan əvvəl İspaniyanın U-16 millisini, 2013-2017-ci illərdə isə İngiltərənin "Midlsbro" klubunu çalışdırıb.

Son xəbərlər
27.04.25  17:59

Rüdiger üzr istədi

27.04.25  17:06

"Real"da üç itki