Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın 1-ci təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.
Qol.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi səpələnməmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, Ayxan Abbasovun komandası püşkatma zamanı nisbətən güclü rəqiblə düşəcək.
Səpələnmişlər səbətində yer alacağı daha əvvəldən bilinən "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi "Botoşani" 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib ola bilər.
Ümumilikdə, 1-ci təsnifat mərhələsinin 79 iştirakçısı bəllidir. Onlardan 38-i səpələnmişlər, 40-ı səpələnməmişlərdə yer alacaqsa, birinin səbəti hələ dəqiqləşməyib. Səpələnmişlər sırasında qərarlaşan “Neftçi”nin 37 potensial rəqibi bəllidir. "Ağ-qaralar" "Sumqayıt" və iki Ermənistan klubu ilə qarşılaşmayacaq. “Sumqayıt”ın isə 36 mümkün rəqibi məlumdur. Komanda “Neftçi” və Ermənistan klubuna rəqib olmayacaq. Səbəti müəyyənləşməyən yeganə klub isə digər Avroliqa təmsilçimiz “Keşlə”dir.
Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Səpələnmişlər
“Neftçi” (Azərbaycan), APOEL (Kipr), “Partizan” (Serbiya), “Styaua" (Rumıniya), “Maribor" (Sloveniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Aberdin” (Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Alaşkert” (Ermənistan)*, “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Motervell” (Şotlandiya), “Kukesi” (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Topola” (Serbiya), “Nomme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), “Bodo-Qlimt” (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), “Sutyeska” (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), ”Beytar” (İsrail), “Ordabası” (Qazaxıstan), “Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Dunayska Streda” (Slovakiya), “Rujomberok” (Slovakiya), “Jilina” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Laçi” (Albaniya), “Mura” (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kauno, Litva), “Riqa” (Latviya), “Valmieras” (Latviya), “Noa” (Ermənistan)*, “Şirak” (Ermənistan)*, “Renova” (Şimali Makedoniya), “Boraç” (Bosniya və Herseqovina), “Sfantul Qeorqe” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri Siti” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya)
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif
Premyer Liqada 700-cü, səfərdə 350-ci
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı
“Məşqçilik karyeramda yaşadığım ən pis gündür” - Arda Turan
“Barselona” Arauxo üçün 40 milyon avro tələb edir
Lunyov “Qarabağ”la bağlı suala belə cavab verdi
"Kəpəz"in 7-ci uğursuzluğu
Azərbaycan gimnastı dünya kuboku seriyalarının qalibi oldu
Emin Mahmudov üçün yubiley
Qvardiola Premyer Liqada tarixi rekorda imza atdı
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri
Boksçumuz Avropa çempionatının yarımfinalında
III MDB Oyunlarında günün proqramı
“Yuventus” “Milan”la heç-heçəyə razılaşdı - Video
“Mançester Siti”nin yarımmüdafiəçisi sıradan çıxdı
"Mançester Siti"dən qələbə
Renatın komandası səfərdə uduzdu
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı