"Çelsi" yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, London klubu "Barselona" nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.
"Çelsi" bu transferin həyata keçirilməsinin çətin olacağını bilsə də, klub alman oyunçunu almaqla israrlıdır. Premyer Liqa təmsilçisinin Ştegen üçün müqaviləyə qapıçısı Kepa Arrisabalaqanı daxil etməyə hazır olduğu vurğulanıb.
Eyni zamanda, "Barselona"nın 28 yaşlı qolkiperi satmağı düşünmədiyi, onunla yeni müqavilə imzalamağa çalışdığı qeyd olunub.
Xatırladaq ki, Ştegen La Liqada başa çatan mövsümdə 36 oyun keçirib və bu matçlardan 12-də qapısını toxunulmaz saxlayıb.
100-cü oyun
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər