"Trabzonspor" baş məşqçisini istefaya göndərdi

"Trabzonspor" baş məşqçisini istefaya göndərdi
DÜNYA FUTBOLU 20 İyul 2020 / 23:00 3789
-  A +

"Trabzonspor" baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Trabzonspor" H.Çimşirin rəhbərliyi altında Türkiyə Superliqasının 33-cü turunda "Konyaspor" 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.

Əlavə edək ki, "Trabzonspor" ölkə çempionatının bitməsinə 1 tur qalmış 62 xalla 2-ci pillədə qərarlaşıb.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?