Santuş daha 4 il Portuqaliya millisində - Rəsmi

Santuş daha 4 il Portuqaliya millisində -  Rəsmi
DÜNYA FUTBOLU 16 İyun 2020 / 20:38 1636
-  A +

Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqaviləni uzadıb.

Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, F.Santuş millini 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.

Son xəbərlər