Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək

Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək
ÖLKƏ FUTBOLU 5 İyun 2020 / 16:46 2003
-  A +

Bu gün Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan  təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

Daha çox


Son xəbərlər