İyunun 21-dən bərpa olunacaq Azərbaycan Premyer Liqasının hər turunun bütün oyunları böyük ehtimalla eyni gündə keçiriləcək.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Peşəkar Futbol Liqasının (PFL) klublara təqdim etdiyi təqvimdə bu, əsas təklif olaraq keçir. Hər turun 4-5 gündən bir keçirilməsi və mövsümün avqustun 2-dək yekunlaşdırılması nəzərdə tutulur. Hazırda AFFA, PFL və klublar təqvimi müzakirə edir. Bu gün və ya sabah təqvimin təsdiqlənərək futbol ictimaiyyətinə təqdim ediləcəyi gözlənilir.
Bundan başqa, AFFA və PFL matçlar zamanı sosial məsəfələrin gözlənilməsi, komandaların gigiyenik qaydalara əməl etməsi və s. qaydalar da hazırlayır.
Bəs birinci divizion?
Premyer Liqa və kubokun keçiriləcəyi qətiləşsə də, eyni sözləri birinci diviziona aid etmək olmur. Əldə etdiyimiz digər xəbərə görə, AFFA, PFL və klub nümayəndələrinin iştirakı ilə dünən keçirilən videokonfransda bu məsələyə toxunulub, amma xüsusi müzakirə edilməyib. Hazırda da birinci divizionun bərpası çox nəzərdən keçirilmir. Ona görə də yarışın davam etdirilib-etdirilməyəcəyi bu gün üçün dəqiq deyil.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında