"Qol sevincində qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı?"

"Qol sevincində qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı?"
XƏBƏR 17 May 2020 / 17:00 1769
-  A +

“Qalatasaray”ın futbolçusu Radamel Falkao koronavirus səbəbindən futbolda qoyulan bəzi məhdudiyyətləri tənqid edib.

Qol.az xəbər verir ki, kolumbiyalı hücumçu şəxsi Tvitter səhifəsində yazıb ki, oyunçuların qol sevinci zamanı qucaqlaşmasına icazə verilməməsini anlamır:

“Futbolun geri dönüşünü görüb, soruşuram: Qol sevincində qucaqlaşmağa icazə verməmək  üçün səbəb varmı? Bütün oyun boyu daima təmasdayıq. Künc zərbələri zamanı müdafiəçilər üzərimizə çıxırlar. Canlı sədd zamanı hər kəs yan-yanadır”.

Xatırladaq ki, çempionatların bərpa olunduğu ölkələrdə federasiyalar UEFA-nın göstərişi ilə klublara futbolçularının oyun zamanı sosial məsafə qaydalarını pozmamağı tövsiyyə edib.

Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır

20.08.25  14:23

"Roma"dan yeni transfer