Azərbaycanın “FİFA20” üzrə ilk rəsmi ölkə çempionatında, 27 turdan sonra mübarizə gərgin və maraqlı ssenari üzrə davam edir.
“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də "Topaz"ın birgə təşkil etdiyi çempionatda Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” 77 xalla vahid liderdir. 
Hələ də məğlub olmayan kollektivi, ən yaxın izləyicisi “Karabakh Horses” klubundan 16 xal ayırır.
Tural Həsənovun idarə etdiyi köhlən atlar isə, 2-ci yer uğrunda qarşıdurmada Cavid Murtuzayev və tabeliyində olan “Kalbajar Wolves” komandasını son turda 2:1 hesabı ilə üstələyib. Hazırda “canavarlar"ı 2-cilikdən cəmi 2 xal ayırır. 
Turnir cədvəlinin növbəti 6 pilləsində isə həyəcan günü-gündən artmaqdadır. Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” 53 xalla 4-cü yerdə qərarlaşdığı halda, “Shaki Khans” və “Qobustan Stones” kollektivləri müvafiq olaraq 52 və 51 xalla rəqiblərinin büdrəməyini gözləyirlər. Transfer pəncərəsində liqaya qoşulan Anar Bədəlov və təmsil etdiyi “Khizi Mountains” klubu isə ikinci dövrəyə qeyri stabil başlasa da, 48 xalla 7-ci pilləyə nəzarət edir. Liqanın ilk 8-liyini təşkil edən “Old City White Pants” dağlılardan cəmi 3 xal az toplayıb. Oktay Məmmədovun idarə etdiyi “Ganja Poets” kollektivinə gəlincə, İçərişəhər sakinlərindən 1 xal geri qalan şairlər, qələmlərinin mürəkkəbi ilə, rəqibin ağ şalvarına ləkə salacağı günü gözləyirlər. Liqanın 10-cu sırasında Rəhman Quliyevə həvalə olunan “Shamakhi Lions” klubu məskunlaşıb. 11-ci pillədəki “Quba Tigers”lə arasında uçurum yaradan aslanlar, ən yaxın izləyicisini 10 xal qabaqlayır. Transfer aralığında Vahid Əfəndiyevin gəlişi ilə dirçəliş yaşayan “Qazakh Ashiqs” və mövsümün 2-ci yarısında Fərhad Ağayevlə güclənən “Lankaran Heroes” komandaları isə ilk dövrə yaranan boşluqları doldurmağa başlayıblar.
FİFA20 Milli Liqasının növbəti turları may ayının 12-i və 13-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan, 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.
Qarşılaşmalar eləcə də saat 13:00 – 14:00 və 16:00 – 17:00 aralıqlarında İdman TV vasitəsilə tamaşaçılara təqdim olunur.
https://www.twitch.tv/glahub
https://www.instagram.com/glahub/

İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər