İspaniyada 5 futbolçu koronavirusa yoluxdu

İspaniyada 5 futbolçu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 10 May 2020 / 18:50 1927
-  A +

İspaniyada futbolun davam etdirilməsinə hazırlıq getdiyi bir vaxtda 5 futbolçuda koronavirus aşkarlanıb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, onlardan yalnız birinin adı məlumdur. Bu, “Atletiko”nun 22 yaşlı braziliyalı müdafiəçisi Renan Lodidir.

“Betis”in isə üç futbolçusunun koronavirusa yoluxduğu bildirilib. Digər bir oyunçunun isə La Liqa və ya Sequnda klubunun üzvü olduğu açıqlanmayıb.

Son xəbərlər