A seriyası təcili iclasa yığışır

A seriyası təcili iclasa yığışır
DÜNYA FUTBOLU 9 May 2020 / 14:11 1942
-  A +

İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.

"Football Italia"nın məlumatına görə, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.

İclasda koronavirus pandemiyasına görə dayandırılan 2019/2020 mövsümünün bərpası, həmçinin televiziya hüquqlarının yayımçılara verilməsinin nüansları müzakirə olunacaq.

Sonuncu toplantıda mövsümün sonadək keçirilməsi və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır