A Seriyasının bütün klubları çempionatın davamını istəyir

A Seriyasının bütün klubları çempionatın davamını istəyir
DÜNYA FUTBOLU 1 May 2020 / 16:45 2528
-  A +

İtaliya A Seriyasında çıxış edən 20 klubun hamısı koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.

Qol.az “Footbal Italia”ya istinadən xəbər verir ki, A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş bugünkü liqa toplantısında bütün klublar çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, İtaliyada  mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

Son xəbərlər