"Mançester Siti"nin futbolçusundan 3 tonluq qida yardımı

"Mançester Siti"nin futbolçusundan 3 tonluq qida yardımı
DÜNYA FUTBOLU 24 Aprel 2020 / 20:00 1962
-  A +

Braziliya millisinin və “Mançester Siti”nin futbolçusu Qabriel Jesus koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
 
Qol.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, doğulduğu San Paulonun kasıb məhəllərinin sakinlərinə yardım edib. Onun bu məhəllələrə 3 ton qida bağışladığı bildirilib.

Qeyd edək ki, Braziliyada 50 mindən çox insan koronavirusa yoluxub və onlardan 3365 nəfəri ölüb.

Son xəbərlər