"Çelsi" Koutinyonu alır

"Çelsi" Koutinyonu alır
DÜNYA FUTBOLU 22 Aprel 2020 / 15:16 2639
-  A +

“Barselona”nın futbolçusu Filippe Koutinyo “Çelsi”yə keçməyə yaxındır.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, London klubu braziliyalı yarımmüdafiəçinin transferində digər klublarla mübarizədə favoritdir. “Çelsi”nin 27 yaşlı futbolçu ilə aktiv danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, icarə əsasında “Bavariya”da çıxış edən Koutinyo bu mövsüm 32 oyun 9 qol vurub, 8 qol ötürməsi edib. 

Son xəbərlər