"Əsas odur ki, oyunçular, məşqçilər və azarkeşlər sağlam qalsın. Liqaların bərpa edilib, başa çatdırılmasına inamım var".
Qol.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin "Corriere della Sera"ya açıqlamasında deyib.
O, çempionatları bərpa etməyə çalışdıqlarını bildirib. Qeyd edib ki, əsas liqaların davam etdirilməsidir və bunu azarkeşsiz də etmək olar: "Azarkeşlər olmadan da davam edə bilərik. Ən önəmli olan çempionatları bərpa etməkdir. Belə günlərdə insanlara az da olsa sevinc bəxş ediləcək. Azarkeşsiz oynamaq futbolsuz qalmaqdan yaxşıdır. Bu durum müvəqqətidir və zamanla həyat axarına düşəcək. Buna əminəm.
Əgər cavabdehlər "yaşıl işıq" yandırsa, məşqlər bərpa edilə bilər. Oyunların bərpası üçün bir müddət vaxt lazımdır və bunu müzakirə etməliyik. Mövsümün başa çatdırılmayacağını indidən söyləmək tezdir. Əgər tez qayıtsaq, avrokuboklar və yerli liqalar paralel davam edəcək. Turnirləri oktyabr, noyabrda başa çatdırmaq mənə qəribə gəlir. Əgər bu, baş versə, gələn mövsümə təsiri olacaq".
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı