"Birmingem"də olarkən çox gənc idim, amma Yunanıstanda daha çox iş gördüm. İsraildə yaxşı təcrübə topladığımı düşünürəm. İndi də Azərbaycandayam. Bu mənim ən yaxşı şəxsi məqamlarımdan biridir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera “Elcomercio” nəşrinə müsahibəsində deyib.
İspaniyalı yarımmüdafiəçi Ağdam klubu ilə müqavləsinin davam etdiyini xatırladarq qarşıdakı məqsədlərindən danışıb: "Artıq 5 ildir Azərbaycandayam və "Qarabağ"la hələ daha bir illik müqaviləm var. Hazırda çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmağa çalışırıq. Amma burada qrupa düşmək daha çətindir. Çünki bunun üçün 4 mərhələ keçməlisən".
O, İspaniyada çıxış etdiyi sabiq klubu "Sportinq" üçün darıxdığını bildirib: "Etiraf edim ki, "Sportinq Xixon"un stadionu "El Molinon"da sonuncu dəfə oynamaq arzum var. “Xixon "Sportinq”i ikinci evimdir, mənə hər şeyi verib. İstədiyim və həmişə istəyəcəyim klubdur. Çox yerdə oynamışam, amma o mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram. 2017/2018 mövsümündə “Real"ı məğlub etdik. Başıma gələn ən inanılmaz şeylər həmin mövsümdə oldu".
Miçel Azərbaycan yığmasından təklif alıb-almamsı ilə bağlı sualı da cavablandırıb. O, bu barədə yazılanaları oxuduğunu, ancaq belə bir təklif almadığını deyib: "Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb" - deyə Miçel bildirib.
35 yaşlı yarımmüdafiəçi "Sportinq Xixon"a dönmə ehtimalının çox az olduğunu da əlav edib: "Sportinq"ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram".
Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"da çıxış edir.
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər