İtaliyanın “İnter” klubu koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə növbəti yardım kampaniyasına başlayıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 1 milyon qoruyucu maska yardımı etməyə qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İlk olaraq 200 min maska alınaraq İtaliyanın müxtəlif bölgələrinə göndərildiyi bildirilib. Qalan 800 min maska isə qarşıdakı günlərdə tələbatın daha çox olduğu bölgələrə çatdırılacaq.
Qeyd edək ki, “İnter” daha öncə də 300 min qoruyucu maska və geyim dəsti bağışlamışdı.
Türkiyə millisində itki
2026/27 mövsümü Çempionlar Liqasına vəsiqəni indidən qazanıblar - Stadionları isə valehedicidir
İspaniya Superkubokunun təqvimi bilindi
Rəqibimizdə daha bir itki
Jordi Alba karyerasını başa vurur
Azərbaycan güləşçilərindən 6 medal - III MDB Oyunları
Emre Belözoğlu istefa verdi
Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi oldu
Superliqada daha bir istefa
“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
"Atletik"in "Qarabağ"la oyunqabağı problemləri yaranıb