İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus pandemiyasına görə dayandırılan A Seriyasının bərpası haqda danışıb.
Qol.az xəbər verir ki, qurum rəhbəri "Football Italia"ya açıqlamasında çempionatın başa çatdırılmalı olduğunu deyib:
“Mən elmə hörmət edirəm, amma təslim olmayacağam. İtaliya həyata qayıdanda, digər sektorların fəaliyyəti üçün münasib şərait olanda, futbol da qayıdacaq. Bir daha deyirəm ki, çempionat sona çatdırılmalıdır, vaxt var. Hökumət, liqa, həkimlər - hamımız birlikdə qərar verəcəyik. Mövsümün bərpa olunmasından bütün sistemimiz faydalanacaq".
Qravina çempionatın qalan oyunlarının eyni şəhərdə keçirilməsi xəbərinə da aydınlıq gətirib: “Oyunların ölkənin şimalından kənarda keçirilməsi mümkündür, amma eyni şəhərdə yox. Biz istirahət günlərində eyni meydanda 10 matç keçirə bilmərik. Bizə 20 idman qurğusu lazımdır”.
Qeyd edək ki, İtaliyada COVID-19 infeksiyasından 21 min 67 nəfər ölüb.
"Qarabağ"la 800-cü oyun
Premyer Liqa klubları gənc hücumçunu hədəfə aldı
Luk Şou “Mançester Yunayted”də yubiley matçına çıxdı
İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Qəbələ”nin doğma meydandakı qələbəsi - Video
Martinez dubl etdi, “İnter” qələbə qazandı
“Rizespor”un yeni baş məşqçisi bəlli oldu
“Qalib gəlmək üçün heç nə etmədik” - Elmar Baxşıyev
"Sumqayıt"ın əzmkar qələbəsi - Video
Adil Şükürovun "Səbail"dəki köməkçiləri bilindi
“Sumqayıt” “Şamaxı”ya, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi
“Mançester Yunayted” səfərdə qələbə qazandı
Ayxan Abbasovla Saşa İliç arasında gərginlik - Video
“Hadisənin səbəbkarı Saşa İliç idi” - "Şamaxı"nın məşqçisi
Amorim Maynoya niyə az şans verdiyini açıqladı
“Qəbələ” - “Araz-Naxçıvan” : Heyətlər
Ayağı qırılan Kadinin fədakar məşqi - Video
Superliqada növbəti istefa