Klublararası dünya çempionatının yeni vaxtı müəyyənləşdi

Klublararası dünya çempionatının yeni vaxtı müəyyənləşdi
DÜNYA FUTBOLU 14 Aprel 2020 / 15:07 1409
-  A +

FİFA klublararası dünya çempionatının vaxtı ilə bağlı qərar verib.

Qol.az "AS"a istinadən xəbər verir ki, turnir 2022-ci ilin yayında Çində keçiriləcək. Yaxın günlərdə qərarın rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, yeni formatda (4 ildən bir, 24 komandanın iştirakı ilə) keçiriləcək dünya çempionatı 2021-ci ilin yayında keçirilməli idi. Ancaq Avro-2020-nin təxirə salınması səbəbindən klublar dünya çempionatının da vaxtının dəyişdirilməsinə qərar verilmişdi.


Son xəbərlər
24.05.25  12:10

"Napoli"dən ilk