“Dünən oyuna ona görə çıxmadıq ki, komanda 4 aydır maaş almır. Ayıb deyilən bir şey var. Bir klub bunu necə edə bilər?”
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan 2-ci liqasında mübarizə aparan “Şəki Siti”nin futbolçusu Nurlan Novruzov deyib.
“Şəki Siti” ötən gün 2-ci liqanın 13-cü turunda “Qaradağ Lökbatan”la qarşılaşmalı idi. Ancaq klub oyunun başlanma saatından bir qədər əvvəl komandanın matça çıxmayacağını açıqlayıb. Səbəb isə göstərilməyib.
Komandanın təcrübəli hücumçusu N.Novruzov klubu qeyri-peşəkarlıqda ittiham edərək bildirib ki, növbəti turun oyununa da çıxmayacaqlar:
“Bunlar çempionatın əvvəlində maliyyə meyarını göstərməyib ki, filan qədər büdcəni komandaya ayırıram? Ayrılan pul futbolçuların mövsümün sonuna qədər maaşları və digər xərclər üçündür. Bu gün klub rəhbərliyi deyir ki, məsələn, mənim 270 min manatım ortalıqda yoxdur. Futbolçular da 4 aydır maaş almırlar. Başa düşmürəm ki, PFL hara baxır? Futbolun İnkişafı Fondu da bu məsələdə məsuliyyət daşıyır. Niyə demirlər ki, bu pullar hanı? Həqiqədən klubda durum elə biabırçı vəziyyətdədir ki, danışılası deyil. Hansı ki, komandada Premyer Liqa səviyyəsində futbolçular var. Sonra deyirik ki, bizdə niyə futbolçu yetişmir. Çünki futbolçular bu cür məhv edilir. Komanda növbəti oyuna da çıxmayacaq. Necə çıxaq? Dörd aydır ki, komanda maaş almır.
Bu klubdan elə şeylər danışaram ki... Hansı ki, bir neçə il əvvəl olurdu belə şeylər. Klub rəhbərliyi futbolçularla bir müqavilə bağlayır, PFL-lə başqa. Dünyada görünməyən şeyləri Azərbaycan 2-ci liqasında görürəm, şoka düşürəm. Niyə buna nəzarət edilmir?

N.Novruzov qeyd edib ki, belə klublar çempionata buraxmamalıdır: “Əlbəttə ki, ən böyük günah klub rəhbərliyindədir. Niyə belə klub rəhbərlərinə hələ də güvənilir? Neçə illər belə rəhbərliklər azərbaycanlı futbolçuları pis günə qoydular. Hələ də davam edir. Niyə? Bu gün futbolun inkişafı üçün rəhbərlikdə futbolu sevən insan olmalıdır. Danışanda deyirlər ki, cəmi 300 min manat büdcə var. Bu məbləğ 2-ci liqa üçün az pul deyil. Bu üç ayın içində 300 mini yox edənlərə də “halal” olsun. Bəs düşünmürlər ki, sabah bizdən bunun sorğusu olacaq. Qətiyyən bu haqda düşünmürlər. Çox rahatdırlar. Başım ağrısa da, deyəcəm ki, yəqin, bunların arxasından duranlar var ki, belə hoqqa verirlər. Həqiqətən biabırçılıqdır. Soruşun ki, futbolçularınız hardadır? Biri fəhləlik edir, biri rayonda tarlada işləyir, biri taksi sürür. Onlar da bezib. Qınamıram, bəzilərinin ailələrinin durumu yaxşı deyil. Eləsi var ki, övladına uşaq bezi ala bilmir. Həqiqədən də adamın ürəyi ağrıyır. Burda danışmaq olmur, əlimizdən gələn köməkliyi də edirik. Amma hara qədər? O qədər istedadlı futbolçularımız var ki... Onlara çox heyfim gəlir”.
Klub rəhbərliyini belə sərt ittiham edən N.Novruzov “Şəki Siti”dən ayrılmadığını bildirib: “Mən elə klubda ola-ola danışıram. Heç nədən qorxum yoxdur. Çünki durum çox acınacaqlıdır. Son illərdə klub sayının artması, regionlarda futbolun dirçəlməsi çox sevindiricidir. AFFA bu sahədə çox böyük iş görüb. PFL rəhbərliyində də tanıdığım adlar var ki, onların futbolu çox sevdiyini bilirəm. Yəqin ki, onların baş verənlərdən xəbəri yoxdur".
N.Novruzov klubun ona olan borcunu da açıqlayıb: “4 aydır ki, maaş vermirlər. Mənim 8 min manat alacağım var. Özünüz düşünün. Artıq heç fikir də vermirəm".
Ramiq Ağaməmmədov
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı